Vəzifə: Kiçik inşaat mühəndisi
Vəzifə öhdəlikləri
Tikinti işlərinə nəzarət etmək;
Podratçı tərəfindən tikintinin/istehsalının, istismar öncəsi və layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğu təmin etmək qurğuların istismara verilməsi ilə bağlı işin həyata keçirilməsini təmin etməyə cavabdeh olmaq;
Yeni binalar/qurğular üçün lisenziya qrafiki hazırlamaq və təşkil etməyə kömək etmək;
Tikinti qrafikləri və ya digər çatdırılmaların ardıcıllıq və düzgünlüyünü nəzərdən keçirmək;
İşin təkminləşdirilməsinə nəzarət etmək və inkişaf, risklər və imkanlar da daxil olmaqla, layihə ilə bağlı məlumatları vaxtında rəhbərliyə hesabat vermək;
Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gözləniləndən daha az olan işlərlə bağlı səbəbləri araşdırmaq;
Əməliyyat prosedurlarına/iş təlimatlarına dəyişiklik edərək tövsiyələr vermək və müəssisə ilə bağlı tədbirləri yerinə yetirmək;
Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla qurğuların təslim edilmə proseslərində Tikinti mühəndislərinə və çatdırılma ilə bağlı proseslərə kömək etmək;
Avadanlıqlara nəzarətə cavabdeh olan heyətin işinə nəzarət etmək, nəzərdən keçirmək və iştirak etmək;
Bütün qurğular və avadanlıqlar üçün profilaktik nəzarət və təhlükəsizliyin yoxlanılması proqramlarını hazırlamaq və təşkil etmək;
Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək üçün işlək vəziyyətdə olan bina və qurğuları mühafizə etməyə cavabdeh olmaq;
Vəzifənin tələbləri
Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək təcrübə;
Bakalavr dərəcəsi;
Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
Mükəmməl ünsiyyət və analitik bacarıq;
Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
Mükəmməl təqdimat bacarığı;
Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
Vaxtını düzgün idarə edilməsi;
E-mail, internet, və Microsoft Office (məs; Word, Excel, Office, Outlook, PowerPoint) həmçinin CAD software (məs; AutoCAD) kimi şəxsi kompüter (PC) və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək bacarığı.
Yaxşı komanda iştirakçısı;
Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı;
Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.
Necə müraciət etmək olar
1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi [email protected] email ünvanına göndərmək.