İşin təsviri
Məsuliyyətlər:
- Yüksək gərginlikli yarımstansiyaların layihələndirilməsi və quraşdırılmasına nəzarət.
- Layihənin spesifikasiyası və standartlara uyğunluğunu təmin etmək.
- Sahəyə baxış və qiymətləndirmələrin aparılması.
- Layihə menecerləri, mühəndislər və podratçıları koordinasiya etmək.
Tələblər:
- Elektrik mühəndisliyi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- Yüksək gərginlikli yarımstansiyalara diqqət yetirməklə, elektrik mühəndisliyi sahəsində minimum 10 il iş təcrübəsi.
- Elektrik mühəndisliyi prinsipləri üzrə güclü biliklər.
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- İş qrafiki: həftədə 6 gün, 40 saat
İmtiyazlar:
- Rəqabətli əmək haqqı və müavinətlər paketi.
- Yerləşdirmə və nahar şirkət tərəfindən təmin olunacaq.
- Ən müasir bərpa olunan enerji layihələri üzərində işləmək imkanı.
Maraqlanan namizədlər mövzu yerinə “Yüksək gərginlik yarımstansiyalarının elektrik mühəndisi” qeyd edərək e-mail ünvanına CV göndərə bilərlər.
Son tarix: 30/07/2024