İşin təsviri
İş barədə məlumat:
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; Şənbə - qısa iş günü
- İstirahət: Bazar günləri;
- Əmək haqqı : 400-500 AZN
- İş yeri: 28 May, Səməd Vurğun bağının yaxınlığı
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində müəyyən biliklərə sahib olmalıdır;
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 proqramında əsas əməliyyatları işləməyi bacarmalıdır;
- Dil bilikləri - Azərbaycan, Rus və İngilis dili arzu olunandır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq, detallara diqqət, komanda ilə işləmə, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.