AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.
Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını daha böyük korporativ şirkətdə davam etdirməyi hədəfləyən və “Elektrik” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
İş şəraiti:
Əmək haqqı: 500-600 AZN;
İş saatları: 08:30-18:30 ( Həftəiçi); 09:00-13:00 (Şənbə günü);
İstirahət günü: Bazar.
Sizdən nə istəyirik:
- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
- Baş energetikin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi;
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularının seçilməsinin təşkili və həyata keçirilməsi.
Əgər Siz :
- Ali texniki təhsilli
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
Keyfiyyətlərinə sahibsinizsə...
Biz sizin müraciətinizi gözləyirik !
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Elektrik” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.