İşin təsviri
Tələblər:
- Elektrik mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Ofis proqramları, Outlook , Autocad proqramlarında işləmək bacarığı
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Hesabat hazırlama və analiz etmə bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihələrin hazırlanması, layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.
İş şəraiti:
- Həftəiçi 5 gün saat 09:00-18:00
- İş yeri: Bakı
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Elektrik mühəndisi” yazmaqla, öz CV-ni e-mail ünvanına göndərə bilərlər.