İşin təsviri
Namizədə dair tələblər:
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Elektrik və elektronika sahələrində dərin biliklər;
- Təcili təmir, enerjiyə qənaət və təhlükəsizik üsulları ilə işləmək bacarığı;
- Elektrik və elektron qurğuların nəzarət funksiyaları barədə bilgili olmaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək.
Vəzifə öhdəlikləri:
- Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə və monitorinq etmək;
- İstifadəsində olan qurğu və avadanlıqları dövri yoxlanışdan keçirmək, onlara texniki nəzarət və təmir etmək;
- Avadanlıqlar və ehtiyat hissələrini sifariş vermək;
- Elektrik enerjisini istehsal edən qurğular və paylayıcı sistemlərin, müxtəlif elektrik işlədicilərinin, mühərrik və avadanlıqların işi və təhlükəsizliyinin monitorinq edilməsi üçün nəzarət proseduraları yaratmaq;
- Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
- Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
- Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Elektrik" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]