İşin təsviri
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi 25-40
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili və Rus dili
- Direktor köməkçisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı:
İş barədə məlumat:
- Maliyyə , təsərrüfat və təchizat üzrə işlərin həyata keçirməsi üçün direktora rəylər təqdim etmək;
- Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
- Direktorunun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
- Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
İş şəraiti:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 5 iş günü,
- İş saatı: 09:00-18:00
- Əmək haqqı:1000 azn
Qeyd: Vakansiyaya müraciət üçün CV-ləri vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş olunur.
Email: [email protected]