İşin təsviri
İşin təsviri:
- Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
- Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;
- Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
- Mədaxil-məxaric sənədlərin tərtib edilməsinin və təhvil verilməsinin qaydalarına riayət etməsini və hesabatların aparılmasını təmin etmək;
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə Təchizat şöbəsinin müdirini vaxtında məlumatlandırmaq;
- Anbar əməliyyatlarını davamlı olaraq daxili 1 C-8.3 sistemində qeydiyyata almaq.
Tələblər:
- Biznesin idarə olunması və ya texniki sahədə ali təhsil;
- Müvafiq sahədə 3 - 5 il təcrübə;
- Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;
- 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus və ingilis dillərində mal-material kataloqları və terminologiyanı ilə işləmək bacarığı;
- Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
- Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
Əlavə məlumatlar:
- Əmək haqqı: Rəqabətə davamlı;
- Ünvan: Ağdam
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Anbardar” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdı