Baş mühəndis

  • Company
  • Elanın qoyulma tarixi: 14.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki Tikinti mühəndisliyi, Mülki və Sənaye Tikintisi mühəndisliyi)
  • Kompüter bilikləri: MS Office proqramları, Autocad
  • Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur. 
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir.
  • Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
  • Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
  • Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir. 
  • Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
  • Layihələrin plan- smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə kordinasiyasının düzgün təşkil edir;
  • Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər edir;
  • Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan qrafik əsasında həyata keçirilməsini təmin edir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
  • Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
  • Tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına rəhbərliyi həyata keçirir;
  • Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
  • Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasına rəhbərlik edir. 
  • Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
  • Tənzimləmə orqanları ilə əməkdaşlıqda iştirak edir;
  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik edir;
  • Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak edir;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik edir;
  • Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
  • Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak edir;
  • Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
  • Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesinə rəhbərlik edir;
  • Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
  • Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünün aparılmasına və qrafik tərtib edilməsinə rəhbərlik edir:
  • Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
  • Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsində iştirak edir;
  • Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
  • Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak edir;
  • Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;

Bilik və bacarıqlar: 

  • Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; 
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını; 
  • Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini; 
  • Podrat müqavilələrin bağlanması və icrası qaydalarını, təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qayda və normaları.

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “baş mühəndis" adını qeyd edərək göndərmələri xahiş olunur. Email: [email protected]

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.