Layihə mühəndisi

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
• Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
• Iş təcrübəsi: Aidiyyati sahədə azı 10 il iş təcrübəsi
• Yaş: 30-50
• Cins : Kişi
• Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
• Kompüter bilikləri: Ofis proqramları, Outlook (Autocad arzuolunandır)

Vəzifə öhdəlikləri:

• Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
• Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
• Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşınması;
• Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
• Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
• Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
• Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
• Tikinti layihəsinə cəlb edilmiş daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
• Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
• Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
• Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
• Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;
• Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Layihə mühəndisi” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.