Şirkət haqqında məlumat
İMA Energy QSC - Elektrik quraşdırma işlərini həyata keçirir.
Vəzifənin adı : Elektrik Mühəndisi
İş barəsində məlumat
- Orta gərginlikli *(6.10.35 kv) elektrik avadanlıqlarin montaj və quraşdırılmasini bilməlidir.
- Avtomatika rele mühafizə işlərindən anlayışı olmalıdır.
- Rayonlarda ezamiyyətə getmə imkanı olmalıdır.
- Tələb olunan texniki sənədlərin hazırlanması
- Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələrini, qrafikləri, diaqramları, sxemlər və digər məlumatları hazırlamaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq
Namizədə tələblər
- Elektrik mühəndisliyi sahəsində ali təhsil
- AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
- İngilis və ya rus dili bilikləri
- Müvafiq sahə üzrə iş təcrübəsi
Fərdi keyfiyyətlər
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Ünsiyyət qurmaq bacarığı;
İş qrafiki 6 günlük iş rejimi (Tam iş günü)
İş yeri Baku City Point Biznes Mərkəzi
Əmək haqqı Müsahibə zamanı razılaşma yolu ilə
E - mail : [email protected]