Sahə mühəndisi (Yevlax)

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 07.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
  • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadəedilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri həyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə,əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək;
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
  • İnşası başa çatmış obyektlərin, eləcədə tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;

Tələblər:

  • Təhsil: İnşaat sahəsində təhsil arzu olunandır;
  • Təcrübə: Tikinti sahəsi  üzrə 3-4 il;
  • Yaş həddi: 30-45 yaş;
  • Dil biliyi:  Rus dili yaxşı səviyyədə 

İş şərtləri: 

  • İş qrafiki: Tam iş günü (6 gün);  
  • İş yeri (Yevlax rayonu-Layihə bitiminə qədər) 
  • Əmək haqqı: Rəqabətə davamlı
  • Yaşayış yeri və nahar yeməyi şirkət tərəfindən təmin edilir
  • Könüllü tibbi sığorta  

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.