Baş mühasib

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 30.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Peşəkar mühasib sertifikatının olması;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi; 
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Məsuliyyətli, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı; 
  • İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti;
  • İstehsal təcrübəsi arzuolunandır.

Hansı işləri görəcəksiniz:

  • Zavodun maliyyə/mühasibat və vergi uçotunun qurulması, aparılması;
  • Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması);
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərüfat əməliyyatlarının mühasibat hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsinin təşkili;
  • Xərclərə nəzarətin təmin edilməsi,
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatlarının uçotunun təşkil edilməsi;
  • Maliyyə məsələləri, nəzarət, hesabat və müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
  • Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanması;
  • Xərc sənədlərinin məsrəf yerlərinə düzgün işlənilməsinin yoxlanılması;
  • Hazırlanmış Debitor və Kreditor üzləşmələrinin kontrolu;
  • Sistemdə ay bağlanışına hazırlıq, son yoxlamaların aparılması, müxbir hesabların bağlanması və aylıq balansın çıxarılması;
  • Aylıq və ilik vergi  bəyannamələrin hazırlanması;
  • Əmək haqqı hesablanmasına nəzarət və düzgün hesablarda əks olunması.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.