İşin təsviri
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
- İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.
Hansı işləri görəcəksiniz:
- Bank ödəniş tapşırıqlarının yazılması;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
- İşçilərin əsas və əlavə əmək haqlarının hesablanması (gecə-axşam saatları və s.) məzuniyyət, son haqq-hesab, xəstəlik və digər əmək haqqı ilə bağlı bütün müavinətləri hesablanması,
- Növbəli qrafiklər üzrə əmək haqqı hesablanması;
- Rüblük hesabatın müəyyən edilmiş müddət çərçivələrində hazırlanması və vergi orqanına təqdim edilməsi, sənədləşmənin tərtib edilməsi və arxivləşdirilməsi
- Əmək haqqı ilə bağlı statistika hesabatları tərtib edilməsi;
- Əmək haqqı ödənişlərin icra edilməsi və ay ərzində edilən ödənişlərin izlənməsi. İşçilər üçün bank kartlarının sifarişi.
- Aylıq əmək haqqı üzrə hesabatların rəhbərliyə təqdim olunması və təstiq edilməsinə nəzarət edilməsi və s.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.