İşin təsviri
Öhdəliklər:
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Şirkətin mühasibat siyasətinin formalaşdırılmasında iştirak;
- Tələb olunan vergi və ödənişlərin büdcələrə dəqiq köçürülməsi;
- Vergi qanunvericiliyinin monitorinqi, təhlili və təşkilatın vergi planlaşdırmasının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlanması;
- Cari hesabatların toplanması və nəzarəti;
- Aktivlərin, öhdəliklərin və iqtisadi əməliyyatların uçotunun aparılmasında iştirak;
- Rüblük hesabatların hazırlanmasında iştirak;
- Təşkilatın işçilərinə əmək haqqının verilməsi işində iştirak;
- Mühasibat və vergi hesabatlarının formalaşdırılması;
- Vergi və mühasibat sənədlərinin saxlanılmasının və qorunmasının təmin edilməsi;
- Kapitalın idarə edilməsi baxımından şirkətin idarəetmə sisteminin təkmilləşdirilməsində iştirak; daxili audit, nəzarət, mühasibat sənədlərinin, əsas vəsaitlərin, malların və materialların revizyonlarının təşkili;
- Müəssisənin öz səlahiyyətləri daxilində kənar yoxlamalara hazırlanmasında iştirak;
- Mühasibat uçotu ilə əlaqəli sənədlərin hazırlanması, müəssisənin maliyyə və iqtisadi göstəricilərinin təhlili;
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
- İlkin sənədlərin qəbulunu və işlənməsini həyata keçirir, onlara nəzarət etməlidir (əmtəə-nəqliyyat qaimələri, kassa sənədləri, kontragentlərlə olan müqavilələr);
- Elektron qaimə-fakturaların hazırlanmasını icra edir;
- Ödəniş tapşırıqları və ya internet bankçılığı vasitəsilə daxili və xarixi ödənişləri icra edir;
- Aylıq əmək haqqı, məzuniyyət, ezamiyyə, xəstəlik vərəqələrini, mükafatları hesablayır və müvafiq olaraq ödənişini edir;
- Baş mühasib və aparıcı mühasib tərəfindən vergi və maliyyə hesabatlarının hazırlanması üçün verilən tapşırıqları icra edir;
- Baş mühasib və aparıcı mühasibin nəzarəti altında vergi və maliyyə hesabatlarını təqdim edir;
- Xidmət göstərilən şirkətlərin debitor və kreditorlarla hesablaşmaların uçotunu aparır, gəlir-xərc uçotunu aparır;
- DSMF, Statistika hesabatlarını hazırlayır və göndərir;
- Balansında olan müştərilərlə və onların işi ilə əlaqədar olaraq bank, dövlət idarələri ilə danışıqlar aparır;
- Rəhbərlik tərəfindən istənilən günlük, aylıq, rüblük hesabatları hazırlayır, müştərilərə göndərir;
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- ACCA CERTİFİCATE F3, F7 - olması arzu olunandır;
- MS Office, Mikro proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Analitik düşünmə qabiliyyəti;
Əmək Şəraiti:
- İş yeri Marine Plaza
- 5 günlük iş rejimi ( Nahar 13:00-14:00)
- Əmək haqqı ( Müsahibə əsasında bilik və bacarığlarına uyğun olaraq müəyyən edilir)
- Şirkət tərəfindən sosial paket təqdim olunur.
Xahiş olunur CV-lərinizi 31.10.2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Mühasib” qeyd etməklə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.