Logistika üzrə kiçik mütəxəssis

  • ARTWAY MMC
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
  • İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
  • Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
  • Sifarişlərin Şirkətin daxili proqram təminatına işlənməsi, müştərilərə daşıma kodlarını təqdim etmək.

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
  • Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
  • Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;

Əmək Şəraiti:

  • İş yeri Marine Plaza
  • 5 günlük iş rejimi ( Nahar 13:00-14:00)
  • Əmək haqqı ( Müsahibə əsasında bilik və bacarığlarına uyğun olaraq müəyyən edilir)
  • Şirkət tərəfindən sosial paket təqdim olunur.

Xahiş olunur CV-lərinizi 31.10.2023 -cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

ARTWAY MMC tərəfindən digər vakansiyalar