İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi ;
- Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi , Kassa sənədlərinin hazırlanması,mədaxil,məxaric orderlərinin yazılması və gündəlik olaraq 1C proqramına işlənməsi ;
- E-qaimələrin yazılması ;
- Müqavilələrin tərtibi ;
- Göndərilən və gələn e-qaimələrin 1C proqramına işlənməsi ;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması ;
- Debitor və kreditor hesablaşmaların aparılması, Üzləşmə aktlarının hazırlanması ;
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi ;
- Rəhbərliyin digər tapşırıqlarını vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində təhsil
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
- 1C-də işləmək bacarığı(alış sənədlərinin, ödənişlərin daxil edilməsi)
- Office proqramlarını bilməli
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli
- Yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Təşkilati, analitik bacarıqlar;
- Yaş həddi 20-30 yaş arası
İş şərtləri:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: 600-700 AZN
- Karyera inkişafı imkanı
- İş yeri Xətai prospektində yerləşir
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Mühasib-operator ” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Email: [email protected]