Mühasib

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 03.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqi, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanması;
  • Nəqliyyat vasitələrinin icarə müqavilələrinin tərtib edilməsi, alt sənədlərinin yığılması və xərclərinin optimallaşdırılması;
  • Ödəmə mənbəyindən vergi məbləğlərinin hesablanması, tərtib və təqdim edilməsi;
  • Yanacaq və amortizasya hesabatlarının hazırlanması, tərtib edilməsi, aktlaşdırılması və sistemə daxil edilməsi;
  • Vəzifə öhdəliklərindən irəli gələn hesabatların yaradılması təkmilləşdirilməsi və təqdim edilməsi;
  • Əsas vəsaitlərin sistemə daxil edilməsinin uçotunun aparılması, köhnələnlərin silinməsi, ləğv edilməsinə nəzarət edilməsi;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi.

Namizədə Tələblər:

  • Maliyyə, Mühasiblatlıq və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər – Excel yüksək səviyyədə;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 700-800 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakıxanov qəs, B.Bünyadov küçəsi.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Mühasib" yazaraq mail ünvanına göndərə bilərlər.