İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Məhsulların ana reseptinin hazırlanması və reseptin daimi nəzarətdə saxlanılması;
- Məhsulun keyfiyyətinə aid sənədlərin standarta uyğun şəkildə hazırlanması;
- Hazır məhsul göstəricilərinin standartlara uyğunluğunun yoxlanılması;
- İstehsal avadanlıqlarının təmizlik planının və təmizlik planına uyğun təmizlik reseptinin hazırlanması;
- Məhsul reseptindəki xammal miqdarının və sərfiyyatının nəzarətdə saxlanılması;
- Məhsulun laboratoriya nəticələrinin analiz edilməsi, dəyişikliklərin nəzarətdə saxlanılması:
- Laboratoriya nəticələrinə əsasən məhsul reseptinin dəyişdirilməsi;
- Hazır məhsulun standartlar çərçivəsində olmasının nəzarətdə saxlanılması;
- İstehsal sahəsinin təmizliyinin nəzarətdə saxlanılması;
Tələb olunan bilik və bacarıqlar:
- İçki istehsalı sahəsi üzrə texnoloji biliklər;
- İstehsal prosesini bilməli;
- Ofis proqramları ilə işləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali bakalavr (Qida mühəndisliyi, Kimya sahəsində);
- İş təcrübəsi: Qazlı və qazsız içki sahəsi üzrə minimum 3 il iş təcrübəsi
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
- Nahar və servis şirkət tərəfindən təmin olunur;
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Sağlamlıq sığortası;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texnoloq” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]