İlməkçi

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 08.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur vahidinin adı: Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi

Yerinə yetirəcəyi işlər:

  • Yükün bağlanması və ya qarmaqlanmasını yükün burazlama sxeminə uyğun həyata keçirməli
  • Kranla daşınması nəzərdə tutulan yükün çəkisini yük çəkisi siyahısı üzrə və ya yükün üzərindəki markalanma üzrə yoxlamalı
  • Yükün bağlanması zamanı kanat və ya zəncirləri düyün və rəzə olmadan əsas massivin (çərçivə, karkas, korpus, özül) üzərinə qoyulmasını təmin etməli
  • Yükün iti kənarlarının altına zədələrə qarşı nəzərdə tutulan xüsusi altlıq yerləşdirməli
  • Yükün daşınması zamanı onun ayrı-ayrı hissələrinin dağılmaması üçün yaxşı bağlanmasını təmin etməli
  • Yük qaldırılan zaman yükün əzilmə, sıxılma və donaraq yerə yapışmamasını təmin etməli
  • Daşınma və qaldırılma zamanı yükü müşayiət etməli, insanlar olduğu yerdə təhlükəsiz şəkildə istifadə etmək qaydalarını bilməli
  • Daşınma və qaldırılma zamanı uzun və iri həcmli yüklərin öz-özünə dönməsinin qarşısının alınması üçün xüsusi burazlardan istifadə etməli 

Vəzifəyə olan tələblər:

  • Orta və ya peşə təhsili
  • İlməkçi üzrə sertifikatın olması
  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir)
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş şəraiti:

  • İş yeri: Qarabağ bölgəsi (Zəngilan rayonu)
  • İş qrafiki: həftənin 6 günü
  • Təminatlar: nahar yeməyi
  • Əmək haqqı 900-1000 AZN (Net)

CV-ləri e-mail ünvanına “ilməkçi” başlığı ilə göndərməyiniz xahiş olunur.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar