İşin təsviri
İşiniz nələrdən ibarət olacaq?
- Şöbəyə daxil olunan sənədlərin arxivasiyası üçün tapşırılan işlərin görülməsi;
- Sənədlərin skan edib proqramda yerləşdirilməsi;
- Daxil olunmuş satış sənədlər topluların yoxlanması;
- Alıcılarla və satıcılarla üzləşmə aktlarının hazırlanması və təsdiq olunmasının izlənməsi;
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
- Taxes-gov.az saytında məlumatların əldə edilməsi;
- Digər zəruri işlər.
İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Namizəd komanda işçisi olmalıdır;
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi barəsində biliyi olmalıdır;
- Təzyiq altında işləmək və son tarixləri qarşılamaq bacarığı;
- Detallara və məxfiliyə güclü diqqət;
- Gov.az saytların istifadə bacarığı;
- Güclü iş və aparış etikası.
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/muhasib-operator?sources