İşin təsviri
Namizədə tələblər:
- Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)
- Mühasib vəzifəsində 2 ilədək iş ştajı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
- Azərbaycan dilini səlis bilməli, Rus dili arzuolunandır
- Yaş: 23 – 35
İş barədə məlumat:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
- Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
- Bank əməliyyatlarının həyata keçirilməsi
- Ölkə daxili və xarici ödənişləri sərbəst etmə
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- İşgüzar yazışmaların aparılması
- Vergi sahəsi ilə bağlı əməliyyatlar
- Ofis proqram bilikləri (xüsusilə Excell) və 1C 8.3 mütləqdir
- Vergi Məcəlləsi bilikləri
- e-taxes.gov.az və digər E-portallardan istifadə etmək bacarığı
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
- Mal-material uçotunun aparılması
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması
- AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
- e-gov.az portalından istifadə etmə bacarığı, Əmək haqqı cədvəlinin tərtibi, hesablaması və ödənişləri
Əmək haqqı: 1500AZN
İş qrafiki: Bazar ertəsi – Cümə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Email: [email protected]
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.