İşin təsviri
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Aidiyyatı sahədə minimum 3 il təcrübəsi olmalı;
- Gigiyena haqqında məlumatlı olmalı;
- Liderlik bacarıqları olmalı;
- Ünsiyyət bacarıqları yaxşı olmalı.
İş haqqında məlumat:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
- Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
- Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək;
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək;
- İşçi personalının təhlükəsizliyini təmin etmək;
- Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
- Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
- Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
- Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək;
- Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək
İş Yeri: Dreamland (Bakı şəhəri).
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Housekeeping supervisor” qeyd etməyiniz xahiş olunur.