Qonaq Qəbulu üzrə Menecer Müavini

İşin təsviri

İşin təsviri:

  • Qonaqların qəbulu şöbəsinin bütün əməkdaşlarının hər zaman müstəsna və peşəkar qonaq xidmətləri göstərmələrini təmin etmək.
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin cari reklam kampaniyaları, siyasətlər və digər zəruri məlumatlardan xəbərdar olmalarını təmin etmək.
  • Bütün qəbul şöbəsi işçilərinin otelin məhsul və xidmətləri barədə xəbərdar olmalarını təmin etmək.
  • Müvafiq qonaqların tanınması proqramlarını icra etmək və qonaqların müvafiq məlumat bazasını aparmaq.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin olunmalarını şəxsən və müntəzəm olaraq yoxlamaq.
  • Qonaqların qəbulu şöbəsinin bütün əməkdaşlarının işə götürülməsi və seçim prosesində iştirak etmək. İşçiləri işə götürən zaman otelin təlimatlarına riayət etmək və əməkdaşları seçən zaman peşəkarlığa əsaslanan yanaşmadan istifadə etmək.
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin hər zaman punktual qaydada müvafiq uniforma geyinməsini, xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları qoruyub saxladığını və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etməsini təmin etmək.

Namizədə olan tələblər:

  • Qonaq qəbulu üzrə Menecer Müavini kimi ən azı 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Assistant Front Office Manager” qeyd edərək CV-lərini elektron ünvanına 03.08.2024-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Şöbə: Qonaq qəbulu şöbəsi

Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303

Courtyard by Marriott Baku tərəfindən digər vakansiyalar