İşin təsviri
Vəzifə öhdəlikləri:
- Vergilər üzrə əməliyyatların aparılması və uçotu
- Vergi,statistika, DSMF və digər əlaqədar hesabatların hazırlanması və verilməsi
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması
- Gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması,aparılması,gəlir və xərclərin uçotu
- Əmək haqlarının və digər işçi xərclərinin hesablanması
- Mühasibat uçotu üzrə rəhbərliyə lazımi hesabatların verilməsi
- Mal-material uçotunun aparılması
- Əməliyyatların 1 C 8.3 proqramına işlənməsi
- Rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi
Namizədə tələblər:
- Müvafiq sahə üzrə 4-5 il iş təcrübəsi
- 1C (8.3) və Excel proqramlarını mükəmməl bilməli
- Yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Təşkilati, analitik və idarəetmə bacarıqları;
- Yaş həddi 30-45 yaş arası
İş şərtləri:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: 1500-2000 AZN
- Karyera inkişafı imkanı
- İş yeri : Heydər məscidinin yanı, Mərasim Evi
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Email: [email protected]