İşin təsviri
İş barədə məlumat:
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Əmək haqqı, hesablanması, məzuniyyət ödənişlərin, son-haqq-hesab hesablanması , xəstəlik vərəqəsinin hesablanması
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Aylıq, rüblük və illik hesabatların (əlavələrlə birlikdə)tərtib edilməsi və dövlət orqanlarına göndərilməsi
- Balans, Mənfəət - Zərər, Pul hərəkətləri haqqında hesabatların təqdim olunması
- Əsas vəsaitlər, mal - material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi, satış sənədlərinin hazırlanması
- Bank əməliyyatların aparılması
- Kargüzarlıq işlərini gündəlik yoxlamaq, daxil olan məktubların vaxtında cavablandırılması
- Gömrük sənədləri ilə işləmə
- ƏDV ilə işləmə (ƏDV əvəzləşməsi və s.)
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və mühasibat arzu olunandır)
- Yaş həddi: 25-50
- Minimum 2 il mühasib təcrübəsi
- Vergi və əmək məcəlləsini yaxşı səviyyədə bilməli
- AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli
- Office proqramlarını yüksək səviyyədə bilməli (Excel,Word, 1C 8.3 arzu olunandır )
- Bütün növ vergi, DSMF və digər hesabat formaları ilə iş təcrübəsi
- Məsuliyətli,dürüst, planlaşdırma və vaxtdan düzgün istifadə etmə bacarığı
- E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı
- Kalkulasiya ilə işləmək bacarığı
Təminatlar:
- Ə/H müsahibə əsasında , razılaşma yolu ilə
- Şirkət tərəfindən naharla təmin olunma
- Gənc və dinamik kollektivdə işləmək fürsəti
- Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti
- Karyera inkişafı fürsəti
Maraqlanan namizədlərin öz CV-lərini göndərmələri xahiş olunur. Mövzu yerində “mühasib” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.
Email: [email protected]