Mühasib

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 25.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması
  • Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması
  • Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək
  • Ciddi hesabat blankları ilə işləmək bacarığı, kargüzarlıq işinin aparılması
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizədə tələblər:

  • Yaş həddi: 23 - 35 yaş
  • Təhsil: Ali
  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibatlıq üzrə 2 il iş təcrübəsi;
  • Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmək bacarığı
  • İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
  • Məsuliyyətli və işində dəqiq
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik.

 

İş şəraiti:

  • Ofis Xırdalanda yerləşir
  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 800-1100 AZN.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər

Email: [email protected]  

site.company_rating