Mühasib

İşin təsviri

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
  • 6 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 1500-1600 ( müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşəcək.)

Namizədə tələblər:

  •  Təhsil: Ali
  • İş təcrübəsi: 3 il
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibatlıq üzrə azı 3 il iş təcrübəsi;
  • Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
  • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması
  • Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması
  • Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək
  • Ciddi hesabat blankları ilə işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik

Vakansiya ilə maraqlanan və yuxaridakı tələblərə cavab verən namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər.