İşin təsviri
İşiniz nələrdən ibarət olacaq?
- Filial rəhbərinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəlin hazırlanmasını təşkil etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq;
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.
İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini
- Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
- Mühasibat proqramlarında sərbəst işləmək bacarığı
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək
- MKT proqramlarinda işləmək qaydalarını bilmək.
- Ezamiyyə və Timesheetlərin sistemə daxil edilməsini bilmək
- Maliyyə sahəsi üzrə analitik təhlil etmə qabiliyyəti.
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: MKT İK MMC-nin Sabirabad filialı;
- İş qrafiki: Bazar ertəsi-Şənbə (09:00-17:00, 09:00-15:00).
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz/
https://hr.mktcotton.com/az/job/muhasib-operator-sabirabad-1?sources=Jobsearch.az