Təhlükəsizlik Şöbəsinin Rəhbəri

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 13.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi;
  • Hərbi xidmət keçmiş olmalı;
  • Yaş həddi: 30 – 45 yaş;
  • Regionlara səfər etməyə hazır olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
  • Şirkət ərazisinə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün yoxlanmasını təmin etməlidir ; 
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
  • Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən ediləcək;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik Şöbəsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]