İşin təsviri
İş yeri: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri
Əmək haqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Xoş rəftar və ünsiyyət bacarığı
- Hərbi xidməti tamamlamalı və ya xüsusi hazırlıq bitirməli
- Mühafizə qaydalarını bilməli
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Hərbi bilet;
- CV.
İşin təsviri:
- Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin həyata keçirilməsi
- Əraziyə və obyektə daxil olan nəqliyyat vasitələrinin və vətəndaşların giriş-çıxışına nəzarət edilməsi
- Ətraf ərazilərin qorunmasının həyata keçirilməsi
- Baş verən hadisələrlə bağlı növbə rəisinə mütəmadi olaraq məlumat verilməsi
- İntizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM- Mühafizəçi) qeyd olunmalıdır;
- CV-lər 08 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.