Mühasib köməkçisi

İşin təsviri

Namizədə Tələblər:

  • Müfaviq sahə üzrə ali təhsil
  • Yaş həddi:  23 - 45 yaş
  • Staj: 2 – 4 il
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
  • 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.
  • Müəssisə Buzovnada yerləşir. Yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Müştəri və tədarükçülərlə üzləşmə aktlarının hazırlanması
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
  • Müştəri müqavilələrin hazırlanması
  • Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.

Əmək haqqı: 600-800 AZN

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur

Email: [email protected]

Azprotein Foods Group tərəfindən digər vakansiyalar