Keyfiyyətə təminat üzrə köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Keyfiyyət qeydlərinin izlənməsi, təhlili və hesabatlığının aparılması; 
  • Sənədlərin idarə edilməsi: yaradılması, nəşri, implementasiyası və yenilənməsi; 
  • Şirkətin keyfiyyət təminatı məqsədlərini həyata keçirmək və təmin etmək; 
  • Keyfiyyətə zəmanət prosedurlarının, qida təhlükəsizliyi siyasətinin və personalın gigiyenası təlimatlarının icrasına köməklik etmək; 
  • Müştəri şikayətlərinin, geri qaytarılan məhsulların yoxlanılmasına cavabdehlik daşımaq; 
  • Qida təhlükəsizliyi və/və ya keyfiyyət məsələləri ilə bağlı hər hansı tapıntıları yoxlamaq və müvafiq şöbələrə məlumat vermək;
  • Özəl marka məhsulların dövri keyfiyyətə nəzarət sınaqlarının izlənilməsi; 
  • Lazım olan hallarda mağaza və anbar yoxlamalarına görə məsuliyyət daşımaq;
  • Bütün qida təhlükəsizliyi üzrə auditlərin təşkilində dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Qida texnologiyası, qida mikrobiologiyası, biologiya, kimya ixtisası üzrə ali təhsil; 
  • Qida istehsalı, laboratoriya, keyfiyyətə nəzarət üzrə 6 ay təcrübə;
  • İngilis dili üzrə yüksək səviyyədə biliklərə sahib olmaq;
  • MS Office və Outlook bilikləri.

Maraqlanan namizədlər email ünvanına "Keyfiyyətə təminat üzrə köməkçi" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: