Çeşidləmə avadanlığının operatoru (TOMRA üzrə)

  • Agrarco
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İdarəetmə pultu vasitəsilə texnoloji proseslərin və çeşidləmə avadanlığının idarə olunması;
  • Texnoloji prosesin parametrlərinin tənzimlənməsi;
  • Siqnal qurğularının göstəricilərinə əsasən texnoloji avadanlığın təyin olunan iş rejiminin saxlanması;
  • Müxtəlif sahələrin texnoloji əməliyyatları arasında qarşılıqlı əlaqənin təşkili;
  • Xammal, köməkçi material, elektrik enerjisi, sıxılmış hava və texnoloji prosesin digər göstəricilərinə nəzarət və onların tənzimlənməsi;
  • Cihazların göstəricilərinin yoxlanılması.

Tələblər:

  • Ali və ya orta-texniki təhsil;
  • Bu sahədə ən azı 5 (beş) il iş təcrübəsi;
  • Azərbaycan dillində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
  • Keyfiyyət və texniki standartları bilmək.

Digər öhdəliklər:

  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
  • Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
  • Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı standartlara riayət etmək;
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında e-mail ünvanına göndərilməsi xahiş olunur.

“Aqrovest” MMC "Çeşidləmə avadanlığının operatoru (TOMRA üzrə)" vakansiyasını elan edir:

İş yeri: Zaqatala rayonu

Email: [email protected]