Mühasib

  • Buta Group
  • Elanın qoyulma tarixi: 08.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: 1200-1500 NET 

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanması və uçotunda iştirak edir, rəsmiləşdirilməsi üçün təqdim edir;
  • Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılmasını icra edir;
  • Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
  • İstehsal xərclərinin uçotunun aparılmasını icra edir;
  • Müəssisə balansının hazırlanmasında iştirak edir;
  • Rəhbərliyin və dövlət orqanlarının tələblərinə uyğun olaraq hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini icra edir;
  • İnventarizasiya işinin təşkili və prosesdə iştirak edir;
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
  • Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
  • Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
  • İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır.

Təhsil və iş təcrübəsi:

  • Maliyyə, mühasibatlıq iqtisadiyyat üzrə təhsil;
  • Minimum 3 il mühasib vəzifəsi üzrə təcrübə. 

Bacarıq və səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • 1 C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı (logo unity əlavə üstünlük hesab olunacaq)
  • Ms. Office programları, Excell yüksək səviyyədə.

Təminatlar: Telefon limiti

Bilməlidir:

  • Mühasibatlıq və uçot
  • Vergi və əmək qanunvericiliyinin əsaslarını;

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Mühasib” qeyd etməyi unutmayın.

Email: [email protected]