Mühasib köməkçisi

İşin təsviri

  • Staj: 1 il
  • Yaş: 23 — 40 yaş
  • Təhsil:  Ali təhsil (bakalavr)
  • İş rejimi: Tam iş günü (5 gün).

İş barədə məlumat:

  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
  • Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim Aktlarının tərtib olunması;

Əsas tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
  • 1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək 
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şərtləri:

  • İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək, istirahət günü: şənbə və bazar;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Əmək haqqı: 400-600 AZN
  • Cv formasında şəkil olması mütləqdir. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib köməkçisi”qeyd edərək [email protected] və [email protected] elektron  ünvanına göndərmələri xahiş olunur.

Business Accounting tərəfindən digər vakansiyalar