Tələbatın Proqnozlaşdırılması və Ehtiyyatların Idarəedilməsi üzrə Mütəxəssis

İşin təsviri

  

 “Dəvəçi Broyler” ASC Tələbatın Proqnozlaşdırılması və Ehtiyyatların Idarəedilməsi üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir. 

 

Əsas vəzifələr:

• Hazır məhsullarının satışı üzrə məlumatların toplanılması və təhlili;
• Hazır məhsullar üzrə tələbatın proqnozlaşdırılması;
• İstehsalat planına əsasən hazır məhsulların istehsalı üçün tələb olunan xammal ehtiyyatların miqdarının hesablanması;
• Xammal ehtiyyatları və digər tələb olunan məhsullar üzrə “sifariş nöqtəsi”-nin (точка заказа) hesablanması;
• Sığorta (буфер) ehtiyyatlarının hesablanması;
• Satış, təchizat və digər əlaqəli şirkətdaxili bölmələrlə əlaqələrin qurulması və məlumatların mübadiləsi.

Əsas tələblər:

• Ali təhsil (üstünlük iqtisadi və ya riyaziyyat təhsilə verilir);
• Ehtiyyatların idarəedilməsində və planlaşdırma sahələrində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq. İngilis dilini orta səviyyədə bilmək arzuolunandır;
• Microsoft Excel proqramından sərbəst istifadə etmək. Planlaşdırma və ehtiyyatların idarəedilməsi üzrə proqram təminatlarından istifadə edənlərə üstünlük verilir;
• Komandada işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 22 Fevral 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected][email protected] elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№02JS/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!