İş Elanı №17JS/13
“Dəvəçi Broyler” ASC Tələbatın proqnozlaşdirilmasi və ehtiyyatlarin idarə edilməsi şöbəsinin meneceri vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifələr:
• Hazır məhsullar üzrə tələbatın proqnozlaşdırılması üzrə işlərin planlaşdırılması və təşkili;
• Hazır məhsullar üzrə tələbatın proqnozlaşdırılması metodologiyasının seçilməsi (təkmilləşdirilməsi);
• Hazır məhsullar üzrə tələbat proqnozunun hesablanması və hesablanma üzrə nəzarət edilməsi;
• İstehsalat planına əsasən tələb olunan xammal ehtiyyatların miqdarının hesablanması və hesablanma üzrə nəzarət edilməsi;
• Xammal ehtiyyatları və digər tələb olunan məhsullar üzrə “sifariş nöqtəsi”-nin (точка заказа) hesablanması və hesablanma üzrə nəzarət edilməsi;
• Sığorta (буфер) ehtiyyatlarının hesablanması və hesablanma üzrə nəzarət edilməsi;
• “Sifariş nöqtəsi”-nin yerinə yetirilməsi üztə satın-alma şöbəsi ilə koordinasiyanın aparılması;
• Hazır məhsullar üzrə proqnozunun istehsalat ilə əlaqələndirilməsi;
• Anbarlaşdırma uçotunun planlaşdırılması, təşkili və nəzarəti, anbarlaşdırma əməliyyatlarının təkmilləşdirilməsi;
• Anbar qalıqları üzrə nəzarətin həyata keçirilməsi və mütəmadi şəkildə inventarizasiyanın aparılmasının nəzarət edilməsi;
• Tələbatın proqnozlaşdırılması və ehtiyyatların idarə edilməsi şöbəsinin işçi heyətinin işinin planlaşdırılması və koordinasiyası (o cümlədən, ehtiyyatların idarə edilməsi üzrə mütəxəssisi, tələbatın proqnozlaşdırılması və mal/materiallar üzrə ehtiyaclarının hesablanması mütəxəssisi, anbarlarda işçi heyəti).
Əsas tələblər:
• Ali təhsil (üstünlük iqtisadi və ya riyaziyyat təhsilə verilir);
• Ehtiyyatların idarə edilməsində və planlaşdırma sahələrində ən azı 3 il iş təcrübəsi;
• MRP tipli (planlaşdirma və ehtiyyatların idarə edilməsi üzrə proqram) proqram təminatlarından istifadə etmə təcrübəsi;
• Microsoft Excel proqramından sərbəst istifadə etməli;
• Azərbaycan və rus dillərində sərbəst danışmalıdır. Ingilis dili orta və ya yuxarı səviyyədə olmalı;
• Komanda şəklində işləmək bacarığı.
Əmək haqqı 1,000 – 1,500 manat arası nəzərdə tutulur.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 10 avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə
elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№17JS/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!