İstehlakçılarla Əlaqələrin Idarəedilməsi Mütəxəssisi

İşin təsviri

 
“Dəvəçi Broyler” ASC İstehlakçılarla Əlaqələrin Idarəedilməsi Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifələr:

• Ticarət obyektlər üzrə istehlak məlumatların toplanılması və Excel cədvəlləri üzrə təhlili;
• İstehlakçılar tərəfindən göndərilən sifarişlərin təhlili və ticarət obyektləri ilə birgə planlaşdırma işləri;
• İstehlakçılar üzrə məlumat bazasının tərtib edilməsi;
• Marketinq şöbəsi ilə birlikdə ticarət obyektləri və son istehlaçılar üçün həvəsləndirici paketlərin hazırlanması;
• Hazır məhsullar üzrə ekspeditorların hərəkət marşrutların hazırlanması və nəzarəti (mövcud marşrutların işlənməsi);
• Satış şəbəkəsində ticarət obyektlərinin seçimi və qiymətləndirilməsi.

Əsas tələblər:

• Ali təhsil (üstünlük Iqtisadi təhsilə verilir);
• Azərbaycan dilində sərbəst yazmaq və danışmaq. Rus dilini bilmək arzuolunandır;
• Microsoft Excel proqramından sərbəst istifadə etmək;
• Ticarət sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Yüksək səviyyədə ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyəti;
• Komandada işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 20 Fevral 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected][email protected] elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№01JS/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!