İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- mühasibat uçotunun təşkili və aparılması üzrə işi aparır;
- müvafiq sahə üzrə mühasibatlığın işçilərinə rəhbərlik edir, onların işini təşkil edir;
- mühasibat uçotunun müvafiq sahəsi üzrə təsərrüfat əməliyyatlarının, əsas vəsaitlərin hərəkətinin, gəlirlərin və xərclərin əmələ gəlməsini, öhdəliklərin yerinə yetirilməsini mühasibat uçotu hesablarında vaxtında və dəqiq əks olunmasını təmin edir;
- hesabatın tərtib olunması üçün mühasibat uçotunun müvafiq sahəsi üzrə məlumatlar hazırlayır,
- mühasibat uçotunun müvafiq sahəsində vergilərin və yığımların dövlət, rayon və yerli büdcələrə, sığorta haqlarının büdcədənkənar dövlət sosial fondlarına,
- ödənişlərin bank idarələrinə, kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün vəsaitlərin, fəhlələrə və qulluqçulara verilən əmək haqlarının, digər tədiyə və ödəmələrin hesablanmasını və köçürülməsini təmin edir;
- vergilərin hesablanması və ödənilməsi barədə məlumatları vergi orqanları ilə dəqiqləşdirir;
- vergi orqanları tərəfindən mühasibat uçotunun müvafiq sahəsində aparılan yoxlamalar üzrə iş aparır;
- mühasibat məlumatlarının daxil olduğu verilənlər bazasının yaradılması, aparılması və saxlanması üzrə işləri yerinə yetirir, verilənlərin işlənməsində istifadə olunan arayış və normativ məlumatlara dəyişikliklər daxil edir;
- maliyyə intizamının yerinə yetirilməsinə və şirkətin ehtiyatlarından səmərəli istifadə olunmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- mühasibat, vergi, statistika və idarəetmə uçotunun tələblərinə uyğun olaraq mühasibat uçotu və hesabatdarlıq üzrə informasiya sisteminin yaradılmasında iştirak edir;
- mühasibat uçotunun və hesabatların məlumatları əsasında maliyyə təhlilinin keçirilməsində və vergi siyasətinin formalaşdırılmasında, daxili auditin təşkilində iştirak edir;
- müəssisənin maliyyə fəaliyyəti nəticələrinin yaxşılaşdırılmasına, itkilərin və səmərəsiz xərclərin aradan qaldırılmasına yönəldilmiş təkliflər hazırlayır;
- rəhbərləri, kreditorları, investorları, auditorları və mühasibat hesabatlarının digər istifadəçilərini müvafiq uçot sahəsi üzrə müqayisə edilə bilən və doğru-dürüst mühasibat məlumatları ilə təmin edir;
- pul vəsaitləri büdcələrinin və xərc smetalarının icra olunması haqqında hesabatın tərtib olunmasını,lazımi mühasibat və statistik hesabatların hazırlanmasını, onların müvafiq orqanlara müəyyən edilmiş qaydada təqdim edilməsini təmin edir;
- mühasibat uçotu, nəzarət, hesabatlılıq və təsərrüfat fəaliyyətinin təhlili məsələləri ilə bağlı müəssisə bölmələrinin rəhbərlərinə və digər işçilərinə metodiki yardım göstərir.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə)
- Böyük istehsalat müəssisələrində baş mühasib kimi 5 illik peşəkar iş təcrübəsi;
- Elektron hökümət portallarında (e-gov və e-taxes) işləməyi bacarmalı;
- Ofis avadanlığı və kompüter proqramlarının (MS Office) əsaslarını yaxşı səviyyədə bilməli, 1C 8.3 proqramı üzrə bilik və bacarıqlarının olması mütləqdir;
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilməli;
- Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti
İş şəraiti:
- İş yeri – Bakı şəhəri
- İş saatları –09:00-19:00, bir saat nahar fasiləsi
- Nahar təmin edilir
- İstirahət günləri – Şənbə və bazar
- Əmək haqqı – 4 000 AZN
Maraqlanan şəxslər mövzu yerində “Baş mühasibin” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
Email: [email protected]