Stend ustası (Sabirabad)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Stend ustası yüksək təzyiqli nasos və püskürtmə forsunkaları üzrə hissələrinin sökülməsiəmiri\quraşdırma üzrə işləri yerinə yetirir;
  • Qeyd olunan hissələrin stend avadanlığı vasitəsilə diaqnostika aparılması və qüsurların müəyyən edilərək aradan qaldırılması;
  • İstismar və təmir prosesində qüsurların aşkar edilməsi və aradan qaldırılması; Səmərəli bərpa işlərinin aparılması;
  • Mexaniklərin nəzarəti altında dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş texnikanın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Texnikaların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, nizamlama işləri aparmaq;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər:

  • Sahə üzrə texniki biliklər;
  • Texnikaların YTN\forsunka hissələri üzrə işlərin yerinə yetirilməsinin əsas yollarını bilməlidir;
  • İstifadə edilən təmir və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını;
  • Hissələrin sökülmə\quraşdırılması qaydasını bilməlidir;
  • Qüsurluluq parametrlərini bilmək;
  • Kollec və ya peşə təhsili;
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi.

Səriştələr:

  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: Sabirabad MKT İK MMC
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/stend+ustasi+sabirabad+1?sources=Jobsearch.az