Mühasib

İşin təsviri

Namizədə Tələblər:

  • Müfaviq sahə üzrə ali təhsil
  • Yaş həddi:  21 - 45 yaş
  • Staj: 2 – 4 il
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
  • AR Vergi Məcəlləsini bilmək
  • 1C mühasibatlıq proqramında işləmək bacarağı
  • İşində ciddi və məsuliyyətli olmalı
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • İstehsal şöbəsi ilə məhsulun resepturasının hazırlanması prosesində iştirak etmək
  • Məhsulun maya dəyərinin hesablanması
  • Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
  • Daxili yerdəyişmə qaimələrinin yazılması
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Müştəri və tədarükçülərlə üzləşmə aktlarının hazırlanması
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
  • Müştəri müqavilələrin hazırlanması
  • Gündəlik satış sənədlərinin 1C  proqramında işlənilməsi
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.

Əmək haqqı: 1000-1200 AZN

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Azprotein Foods Group tərəfindən digər vakansiyalar