Mühasib

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 08.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
  • Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması
  • Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Ciddi hesabat blankları ilə işləmək bacarığı, kargüzarlıq işinin aparılması.
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələb olunan keyfiyyətlər:

  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibatlıq üzrə 3 il iş təcrübəsi;
  • Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
  • İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
  • Məsuliyyətli və işində dəqiq;
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;

Digər:

  • İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək, istirahət günləri şənbə, bazar
  • Şirkət hesabına nahar
  • Əmək haqqı 700-900 AZN

Email: [email protected]

site.company_rating