Baş mühasib (Aqrar sahə)

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 03.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi ilə bağlı əməliyyatlar: bütün vergi hesabatlarının göndərilməsi;
  • E-qaimə fakturalarının yazılması;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
  • Bəyannamələrin hazırlanması və göndərilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Baş mühasib və ya mühasib kimi aqrar sahədə minimum 2 il iş təcrübəsi;
  • ƏDV ilə işləmə bacarığı;
  • E-portal proqramı ilə işləmək bacarığı;
  • 1C 8.3 proqram təminatında işləmək bacarığı.

İş şəraiti:

  • 6 günlük iş rejimi;
  • İş yeri: Zirə qəsəbəsi (Aqrar sahə);
  • Korporativ telefon nömrəsi verilir;
  • Nahar yeməyi təmin edilir;
  • Əmək haqqı razılaşma yolu ilə.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər. 

 

https://glorri.com/bizimmarket/6221fd0eb59b6f6680c3a0e0-Ba%C5%9F%20m%C3%BChasib%20(Aqrar%20sah%C9%99)?sources=jobsearch