Mühasib

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 01.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış formada tərtib edilməsinində iştirak etmək;
  • Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasını, amortizasiyası və təmir xərclərini düzgün daxil etməli;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunu həyata keçirir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə və kredit əməliyyatlarının uçotunun aparılmasında ikili yazılışları düzgün daxil etməli;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu aparmalı;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini həyata keçirir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıqları;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Aidiyyətı sahədə 2 ildən artıq iş təcrübəsi;
  • İngilis və Türk dillərində səlis danışıq;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Nahar və servis şirkət hesabına;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.