İşin təsviri
İş haqqında məlumat:
- Vergi, statistika və DSMF hesabatlarının hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Namizədə olan tələblər:
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim etmək;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi;
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- ƏDV ilə işləmə bacarığı;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
- 1C 8.3 proqram təminatında işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İş yeri: Zirə qəsəbəsi (Aqrar sahə);
- Korporativ telefon nömrəsi verilir;
- Nahar yeməyi təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini [email protected]m göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.