İşin təsviri
Maliyyə və muhasibat sahəsində azı 5 il təcrübəsi olan əməkdaş (mühasib) axtarılır.
Əməkdaşa qarşı tələblər aşağıdakı kimidir:
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim etmək
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Daxili hesabatların hazırlanması və təqdim olunması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Qeyd : Büdcə hazırlama üzrə təcrübə mütləqdir.
Email: [email protected]