Anbardar (təcrübəçi)

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 14.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər:

  • Ali təhsil;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Detallara diqqətli yanaşmaq;

 

https://glorri.com/kristalabsheron/61b9e28d61839d6a280b9fa3-Anbardar%20(t%C9%99cr%C3%BCb%C9%99%C3%A7i)

site.company_rating