Baş Mühasib

  • BOA Agency
  • Elanın qoyulma tarixi: 12.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin maliyyə fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edilməsi.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək.
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, dövriyyəsini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi.
  • İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib edilməsi.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi.
  • Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi.
  • Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, mənfəət\zərər, pul axını).
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işlərin aparılması.
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;

Vakant vəzifə üzrə tələblər:

  • İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
  •  Minimum 5 il baş mühasib vəzifəsində iş təcrübəsi;
  • Kompüter bilikləri - MS office, 1C;
  • ACCA üzrə sertifikatlar arzuolunandır;
  • Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • Azərbaycan dili (Rus arzuolunandır.);
  • MS Office, 1C proqramlarında sərbəst işləmə bacarığı.
  • Əlverişli iş mühitində çalışmaq imkanı;

Sizə nə təklif edirik?

  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək müqaviləsi.
  • Əmək haqqı 1500-2000 azn
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün
  • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Email: [email protected]

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D