İşin təsviri
İş barədə məlumat:
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Mühasibat uçotu məlumatlarına dair Şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
- Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
- Birbaşa rəhbərliyin tapşırığı ilə digər işləri yerinə yetirir.
Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən 2500 -3500 manat aralığında həmçinin, auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir.
İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
- 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı;
Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi [email protected] elektron ünvanına yollayasınız. Nəzərə alın ki, yalnız şəkil olan CV-lərə baxılacaqdır